echo $this->escape($this->global['title']); ?> : if($this->posts): ?> foreach ($this->posts as $post) : $permanentLink = $this->postPermanentLink($post); ?> echo $this->escape($post['title']); ?> endforeach; ?> else: echo $this->flashMessage('error', 'Heç bir yazı mövcud deyil.'); endif; ?>

Blog Haqqında

EL_NUR
۞ Bu bloq Böyük Türk Dünyasnın və onun bir parçası olan Vətənimiz Azərbaycanın dünəninə baxmaq, bu gününü görmək və gələcəyini düşünmək; tarixmizin şanlı və qanlı səhifələrini, əbədiyaşar qəhrəmanlarını, adət-ənənələrini, milli-mənəvi dəyərlərini öyrənmək və öyrətmək naminə yarandı. ۞

YOLUMUZ NURLU OLSUN !
TANRI TÜRKÜ QORUSUN !

TÜRKƏ AZADLIQ

-----AZADLIQ İSTƏYİRİK-----

CƏNUBİ AZƏRBAYCAN QƏRBİ AZƏRBAYCAN QUMUQ, NOQAY, TATARISTAN, SAXA-YAKUTİYA, ALTAY, QARAÇAY-ÇƏRKƏZ, KABARDA-BALKARISTAN, BAŞQIRDISTAN, ÇUVAŞ, TIVA,XAKASİYA, TAYMIR (DOLQAN-NEN), SİNTZSYAN-UYĞUR

-----ƏSARƏTƏ SON!!!-----

GƏLƏCƏK TÜRKÜNDÜR

Axtarış

Sorğu

Vətənin azadlığı nədədir?



Sayqaç

  • İndi blogda: 2
  • Keçən ayın hiti: 4891
  • Dünənki hit: 296
  • Bugüki hit: 62
  • Üumi hit: 33745

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

۞ ***GəL_GöR***۞

VƏTƏNİMİZİN AZADLIĞI, TORPAQLARIMIZIN BÜTÖVLÜYÜ, XALQIMIZIN XOŞBƏXT GƏLƏCƏYİ UĞRUNDA MÜBARİZƏYƏ VƏ MÜHARİBƏYƏ HAZIR OL !!!

DÜNYANIN 7 MÖCÜZƏSİ

EL_NUR Fevral 28, 2009 23:32

Misir Ehramları və Sfinks


     Misir ehramları Yer üzünün ən məşhur tikilisidir. Daha bundan şöhrətlisi yoxdur. Özü də bu ehramlar möcüzələrin ən qədimidir. Misirin 4-cü sülaləsinin fironlarından olan Xufu (Xeops) və Hafranın (Hefre) nəhəng sərdabələri təxminən 5000 il bundan əvvəl ucaldılmışdır və nə zamanın özü, nə də qəsbkarlar onlara xətər toxundura bilməmişdir. Həmin abidələrdən sonra Misir dövləti az qala 3000 il mövcud olmuşdur: neçə firon, neçə şah taxta çıxmış, lakin Misir sivilizasiyasının başlanğıcında ucaldılmış ehramlar məmləkətin, həm də bütün dünyanın ən möhtəşəm abidəsi kimi qalmışdır. 137 metrlik bu nəhəng tikili (qabaq 147 metr hündürlükdə olub, ancaq sonralar ehramın zirvəsi uçulub-tökülüb) hər biri iki tondan ağır olan və səliqə ilə yonulmuş 2 300 000 əhəngdaşı parçasından tikilmişdir. Əslində heç bir mexanizm olmadan, yalnız paz və ağır çəkiclərlə Nil çayının qarşı sahilindəki karxanalarda kəsilən bu qaya parçaları elə orda da yonulmuş, sonra papirus kəndirlərlə çaydan keçirilmiş, tikinti meydançasına gətirilmiş və ehramla salınan maili təpə ilə yuxarı qaldırılmışdır. Herodot yazır ki, bu ehramı 20 ilə tikmişlər və orada eyni zamanda 100 000 adam işləmişdir və bu 100 000 adam hər üç aydan bir dəyişilmişdir. Bu üç ayda o adamlardan nə qədəri sağ qalmışdır - bunu ancaq fironların mirzələri bilirdi, ehram bir adamın sərdabəsinə dönənə kimi qurban gedən insanların sayı bizə məlum deyildir. Firon özü ilə bərabər on minlərlə, bəlkə də yüz minlərlə təbəəsini də o dünyaya aparmışdır. Tikintinin hər mərhələsi rəssamlar tərəfindən təsvir olunmuşdur və bunu dövrümüzün arxeoloqları təsdiq etmişlər. Lazım gəlsə, inşaatçıların bütün hərəkətlərini dəqiq yamsılayıb, həmin ehramı yenidən tikmək olarmış. Karxanada daşları çıxarıb aparmaq üçün istifadə olunan papirus kəndirlər və daşyonanların alətləri tapılmışdır.
     Biz Misir ehramlarını bir fakt hesab edir, onların yaranması barədə düşünmürük. Bu ehramalrın yaranmasını iqtisadi baxımdan belə izah edə bilərik: izafi qüvvə vardı, cəmiyyətin rəhbərləri belə hesab edirdilər ki, bu qüvvədən dünyəvi və ilahi hakimiyyəti şöhrətləndirmək üçün istifadə etmək daha yaxşıdır. Bu ehramların yaranmasını psixoloji baxımdan isə belə izah edə bilərik: "canlı Allah" olan fironun əbədi rahatlıq yeri insan təxəyyülünə qətiyyən sığışmamalı idi. Nə üçün məhz ehram tikilirdi? Nə üçün fironun daş tabutu iri bir almanın içindəki xirik qurdu kimi məhz nəhəng bir sərdabəyə qoyulmalı idi? Axı kimsə bu ehramı düşünməli, əsaslandırmalı və yaratmalı idi - məgər fironu bu işə sövq edən digər planetlərdən gələnlər olub?
     Bəşər tarixində adı qeyd olunmuş ilk dahinin hətta zahiri əlamətləri də məlumdur. Hələ sağ ikən onun dahiliyini etiraf etmiş və ölümündən sonra min illər boyu xatirəsini yad etmişlər. Bu İmhotep idi. O üçüncü sülalənin banisi Coserin müasiri idi. Həmin vaxtacan Misirdə demək olar ki, daş bina inşa edilməmişdi. Yaşayış evləri ağacdan, qamışdan yaxud torpaqdan, saraylar və mastablar isə çiy kərpicdən, bəzən də bişmiş kərpicdən tikilirdi.
     Coser də bir firon kimi hərəkət edib, hələ sağ ikən özü üçün sərdabə tikdirməyə başladı. Bu sərdabənin bəzi hissələri indi də durur.
     İmhotep Coserdən kiçik idi və təxminən onun şahlığının ortalarında məşhurlaşmışdı. Memar fironla tanış olanda isə mastabın tikintisi başa çatmaq üzrə idi. Beləliklə firon əski sərdabə fikrindən əl çəkir və hər şeyi təzədən başlayır, İmhotepin kəşfi olan birinci və əsl ehramı tikir. Özü də daşdan.
     Ehramın forması belə idi: ənənəvi, lakin görünməmiş ölçüdə olan mastabın üstündə daha bir mastab tikilir, ancaq ikinci mastabın ölçüsü birincisindən kiçikdir. Beləliklə bir birindən kiçik altı mastab ucaldılır. Bununla da 70 metr hündürlükdə olan mərtəbəli ehram ideyası həyata keçmiş olur.
     İmhotepin tikinti sahəsindəki ikinci kəşfi Coser ehramı ilə əlaqədardır. İlk dəfə olaraq fironun sərdabəsi ətrafında məbəd kompleksi yaradılmışdır. Bu kompleks də daşdan tikilmişdi. Ancaq İmhotep ağac memarlığından biryolluq imtina etməmişdi. Bu binaların sütunları, damı, karniz və divarları Misir memarlığının ənənvi ağac və kərpic formalarının bütün quruluş və naxış detallarının eynən təkrarı idi. Daha bir neçə yüz il keçəndən sonra daş tikinti də hökmran mövqe tutdu və beləliklə də yeni formalar meydana çıxdı.

Bookmark and Share
Şərhlər(0) Baxış sayı:265 MaRaQlI

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com